Xəbər lenti

Jurnalistlərin yeni binası iki il sonra hazır olacaq
Ölkə06:40 22.07.2013

Jurnalistlərin yeni binası iki il sonra hazır olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan jurnalistlər üçün yeni yaşayış binası iki ildən sonra istifadəyə veriləcək.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

O bildirib ki, bu binada tək jurnalistlər deyil, qəzet, televiziya və digər redaksiyaların heyətləri də mənzillə təmin oluna biləcəklər.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan dövləti mediaya hər zaman diqqət və qayğı göstərir: “Bu proses bundan sonra da davam edəcək. Bu gün jurnalistlər üçün istifadəyə verilən bina bu qayğının bariz göstəricisidir”.

Qaynar.info