Xəbər lenti

Jurnalistlərin yeni mənzillərə köçəcəyi vaxt AÇIQLANDI
Ölkə11:07 10.12.2013

Jurnalistlərin yeni mənzillərə köçəcəyi vaxt AÇIQLANDI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vüqar Səfərli: “Dekabr ayının 25-dək ev alan jurnalistlərlə toplantı keçiriləcək”

Bakının Səbael rayonu ərazisində jurnalistlər üçün inşa edilmiş binadan ev alan media işçilərinin yeni mənzillərinə köçürüləcəyi tarix məlum olub. Məsələ ilə bağlı Movqe.az-a eksklüziv  açıqlama verən  Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli yaxın günlərdə mənzil almış şəxslərlə ümumi toplantı keçiriləcəyini, məskunlaşma şərtlərinin açıqlanacağını bildirib. 

Onun sözlərinə görə, jurnalistlər dekabrın 25-ə kimi mənzillərinə köçə biləcəklər. Fond rəhbəri bildirib ki, dekabr ayının 25-dək ev alan jurnalistlərlə toplantı keçiriləcək: "Biz ev alan jurnalistləri dekabrın 25-dək Fonda dəvət edəcəyik. Biz hazırda mənzillərin sahiblərinin su, işıq, qazla bağlı sənədlərinin hazırlanması ilə məşğul oluruq. Əslində, bu işi onlar özləri görməli olsalar da, biz istədik ki, kommunal xidmətlərlə bağlı sənədləşmələri  onların adına rəsmiləşdirərək bunu paket şəklində jurnalistlərə təqdim edək”. 

Qaynar.info