Əfqanıstanın paytaxtı Kabildə mücahidlərin lideri Əbdül Əli Məzarinin anım günü münasibətilə keçirilən tədbirdə 10-a yaxın partlayış törədilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində aralarında siyasətçilərin də olduğu 3 nəfər ölüb, azı 19 nəfər yaralanıb. Əfqanıstanda prezidentliyə namizəd olmuş Milli Konqres Partiyasının lideri Əbdül Lətif Pedram da yaralanıb.
Daha sonra bunun hava hücumu olduğu məlum olub və silah səsləri eşidilib.
Yaralılar arasında Əfqanıstanın keçmiş təhlükəsizlik müşaviri Məhəmməd Hənif Atmar və 8 mühafizəçisi də olub.
Əfqanıstan təhlükəsizlik qüvvələri tərəfindən bombardman edilən ev nəzarətə götürülüb və 1 nəfər saxlanılıb.