Xəbər lenti

Kabildə baş verən partlayışda ən azı 13 nəfər ölüb
Dünya19:52 17.01.2014

Kabildə baş verən partlayışda ən azı 13 nəfər ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Əfqanıstan paytaxtında baş verən partlayış nəticəsində ən azı 13 nəfər ölüb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hadisə  Kabilin xarici diplomatlar yaşadığı ərazisində, “Taverna du Liban” restoranının yaxınlığında baş verib.
 
Ölənlər arasında həm yerli, həm də xarici vətəndaşların olduğu bildirilir. Partlayış terrorçu-kamikadze tərəfindən həyata keçirilib.
 
İlkin məlumatlara əsasən, terror aktını “Taliban” hərəkatı təşkil edib.

Qaynar.info