Kabil şəhəri bazar günü səhər tezdən bir neçə partlayışla üzləşib. Taliban rəsmiləri Şəhr və Kabildə itkisiz yalnız bir partlayış barədə məlumat veriblər, lakin vətəndaşlar sosial şəbəkələrdə biri son dərəcə dəhşətli və itkilərə səbəb olan iki partlayışın şəkillərini paylaşıblar.
Qaynarinfo bu barədə "Indipendent"in fars bölməsinə istinadən xəbər
verir.
Taliban İslam Əmirliyinin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Nafi Takur mediaya müsahibəsində yalnız Kabil şəhərində partlayışın baş verdiyini təsdiqləyib. O bildirib ki, raket Kabilin Şirpur rayonunda qeyri-yaşayış binasına düşüb və itki yoxdur.
Eyni zamanda, sosial şəbəkə istifadəçiləri Kabilin Dehmazang bölgəsində daha iki partlayış olduğunu bildiriblər. Bu partlayışlardan yayılan görüntülər partlayışların çox böyük olduğunu göstərir. Bir sıra şahidlər partlayışların pilotsuz uçuş aparatlarından atılan raketlər nəticəsində baş verdiyini güman edir və partlayışla eyni vaxtda Kabildə pilotsuz təyyarə də gördüklərini deyiblər.
Həmçinim Kabil cümə günü daha bir partlayışın şahidi olub. Taliban təhlükəsizlik rəsmilərinin məlumatına görə, Kabilin kriket stadionunda baş verən partlayış nəticəsində 10-dan çox adam ölüb, 20 nəfər isə yaralanıb.
Bu partlayışlara görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməsə də, keçmişdə Əfqanıstanda bu cür terror aktlarının arxasında İŞİD-in dayandığı məlumdur.
M.Arif