
Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, partlayış İraq səfirliyinin yanında qeydə alınıb. Ərazidən partlayış və atışma səsləri gəlir. Hadisənin kim tərəfindən törədildiyi, ölü və yaralılar barədə hələlik heç bir məlumat yoxdur.
Əfqan polisi ərazidə olduğunu bildirir. Atışmanın polis və terrorçular arasında olduğu ehtimal edilir.
Gülşən
Qaynarinfo.Az



