Xəbər lenti

İdman 14:30 05.01.2023

Kadinin gedişi “Qarabağ”a necə təsir edə bilər? - Yunis Hüseynov şərh edir

Qış fasiləsinin ən diqqətçəkən məqamlaranında biri "Qarabağ”ın aparıcı futbolçularından sayılan Kadi Borges "Krasnodar”a transferi oldu. İki klub arasında transferi 5 milyon avroya razılaşdırıldığı bildirilən bu futbolçu bağlı futbol ictimaiyyəti müxtəlif fikrilərdədir. Kimisi "Qarabağ”ın onun yerini doldura bilməyəcəyi, kimisi daha yaxşı futbolçu ala biləcəklərini irəli sürür. Bəs həqiqətən futbolçunun gedişi "Qarabağ”a necə təsir edə bilər?

Bu sualımıza mütəxəssis cavabı almağa çalışdıq. Azərbaycanın tanınmış məşqçilərindən olan Yunis Hüseynov Qaynarinfo-ya açıqlamasında bunları söylədi:
"Komandaya öyrəşmiş bir futbolçu idi. Özünü yaxşı tərəfdən göstərirdi. Bunu danmaq olmaz. Amma şəxsən mənim gələn il, yaxud o biri il Kadinin indiki formasında olacağına inanmım yoxdur. Yaxşı qiymətə, səhv etmirəmsə, 5 milyona satırlar. Məncə, bu məbləğə Kadidən 50 dəfə yaxşı futbolçu almaq mümkündür. Düzdür, onun "Qarabağ”a köməyi dəydi. Lakin onu o dərəcədə stabil futbolçu kimi görmürəm”.

Hüseynov bu transferin "Qarabağ”a faydası olacağını deyir:

"Düşünürəm ki, bu transfer "Qarabağ”ın xeyrinədir. 5 milyon az pul deyil. Sizə deyim ki, "Qarabağ”dan gedən hər bir futbolçu peşman olur. Çünki özlərini başqa klublarda yaxşı tərəfdən göstərə bilmirlər. Bunun şahidi olmuşuq. Andrade, Mahir Emreli nümunələri var. Dino Ndlovu Çinə getdi. O gün oxuyuruam ki, Türkiyənin hansısa üçüncü liqa klubundadır. İnabnmıram ki, Kadi də gedib "Krasnodar”da "Qarabağ”da olduğundan daha yaxşı oynayacaq. Yaşayarıq görərik”.

Veteran futbolçu Kadini göylərə qaldırmaq lazım olmadığını da bildirir:

"Boşluq hiss olunmayacaq. Kadini göylərə qaldırmaq, mənə elə gəlir, lazım deyil. Guya Kadi oynamayanda "Qarabağ” qələbə qazana bilmirdi? Komanda demək olar, bütün oyunlarda qalib gəlirdi. Onun yerinə, məsələn, Ramil Şeydayev oynaya bilər. Hazırda ən yaxşı formasındadır. Özünü yaxşı göstərir. "Qarabağ”da Kadini əvəzləyəcək kifayət qədər futbolçu var. Kadi olmayacaq, komandanın başqa bir futbolçusu meydana çıxıb ondan daha yaxşı səviyyədə oynayacaq”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->