Xəbər lenti

Kadırov bütün dünyada döyüşməyə qadir olan ordu yaratmaq istəyir
Dünya 18:55 01.05.2023

Kadırov bütün dünyada döyüşməyə qadir olan ordu yaratmaq istəyir

Əvvəllər özünün şəxsi hərbi şirkətinin yaradılmasını istisna etməyən Çeçenistan rəhbəri Ramzan Kadırov bütün dünyada döyüşməyə qadir olan bütöv bir ordu təşkil etməyi düşünür. 

Qaynarinfo xəbər verir ki, Rusiya mediasına müsahibəsində o, istəyini "məzlum xalqları” qorumaq zərurəti ilə izah edib.

"Son vaxtlar mən müxtəlif dövlətlərə keçə və özlərini ən demokratik adlandıran ölkələr tərəfindən təcavüzə məruz qalan xalqları müdafiə edən bilən yaxşı ordu yaratmaq barədə daha çox düşünürəm”, deyə Kadırov bildirib.

Çeçenistan rəhbəri qeyd edib ki, belə bir orduya dünyanın hər yerindən insanları cəlb etməyə hazırdır. Eyni zamanda, onlar pul üçün döyüşməməlidirlər: özəl hərbi şirkətlərdən fərqli olaraq, "pul naminə deyil, nizam-intizam naminə" canlarını verməyə hazır olan "vətənpərvərlər" vuruşacaqlar.

Kadırov ilk dəfə 2023-cü ilin fevralında istefa verdikdən sonra muzdlular ordusuna rəhbərlik etmək istəyindən danışıb. "Telegram kanalında o, "Vaqner” özəl hərbi şirkətinin effektivliyini yüksək qiymətləndirib və gələcəkdə "əziz qardaşı”, "Vaqner”in yaradıcısı Yevgeni Priqojinlə rəqabət aparacağına söz verib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->