Xəbər lenti

Kadırov çeçen toylarında dinə və adətlərə qarşı "absurd qaydalara" savaş açdı
Dünya08:10 17.08.2023

Kadırov çeçen toylarında dinə və adətlərə qarşı "absurd qaydalara" savaş açdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son bir neçə ildə Çeçenistanda toyların təşkilinə yanaşmada əsaslı dəyişiklik baş verib. 
Qaynarinfo xəbər veirr ki, bunu respublika başçısı Ramzan Kadırov ailə münaqişələrinin həlli ilə məşğul olan xüsusi komissiyanın işinin yekunlarına həsr olunmuş iclasda deyib.
"Cəmiyyətdə dinə və milli adət-ənənələrə kökündən zidd olan tamamilə absurd qaydalar tətbiq olunur, - Kadırov Telegram kanalında yazıb. - İnsanlar bu yeniliklərin girovluğundadır ki, bu da toy tədbirlərinin təşkili xərclərinin xeyli artmasına gətirib çıxarır”.
Bununla bağlı Çeçenistan rəhbəri ruhanilərə "bu problemin həllinə kömək edəcək tədbirlər kompleksi hazırlamağı” tapşırıb. "Dövlət orqanları müəyyən edilmiş normalara riayət olunmasına nəzarət edəcək”, - deyə o əlavə edib.
Kadırov bir müddət əvvəl Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıb və danışıqların heç bir mənası olmadığını qeyd edib.
Alpər