Çeçenistan Prezidenti Ramzan Kadırov Səudiyyə Ərəbistanının dövlət naziri Əhməd Xatıbla görüşüb.
Axar.az xəbər verir ki, görüş zamanı Çeçenistana investisiya qoyulması məsələsi müzakirə olunub.
Kadırov İnstaqramdan yaydığı məlumatda, ərəblərin bu məsələyə müsbət yanaşdığını bildirib.
Xüsusilə, Çeçenistandakı xizək komplekslərinə investisiyaların qoyulmasının gündəmdə olduğu açıqlanıb.
Qeyd edək ki, Əhməd Xatıbın rəhbərlik etdiyi nümayəndə heyəti ötən gün Çeçenistana gəlib.
Qaynarinfo.az