
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Şimali Qafqazdakı terrorçuların rəhbəri olan Doku Umarovun yox edilməsi arzusunda olduğunu bildirib.
Qaynar.info-nun məlumatına görə, Kadırov jurnalistlərə açıqlamasında, "Doku Umarovu yox etmək mənim arzumdur. Biz onu axtarırıq. Amma bəlkə də yerin altında bir dərinlikdə oturur" deyib.
Kadırov Umarovun ölüb-ölmədiyi haqda heç nə bilmədiyini də söyləyib: "Onun ölüb-ölmədiyini bilmirəm. Əgər ölübsə bu çox üzücü olacaq. istəyim onun yox edilməsidir. Mən bunu bizim həyata keçirməyimizi istəyirəm. Dağlarda terrorçu qalmadı. Biz dağları və Şatayski, İtumkalinski, Kurçaloyski, Vedenski və digər əraziləri başdan-ayağa axtardıq. Orada hər hansı şeytana rast gəlmədik. Sadəcə İnquşetiya sərhədində onlarla insan bizim tərəfə keçir. Biz onları da yox edəcəyik".
Qaynar.info