Xəbər lenti

Kadırov Rusiya güc struktrularının birinə rəhbər gətirilə bilər
Dünya09:06 04.09.2022

Kadırov Rusiya güc struktrularının birinə rəhbər gətirilə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ramzan Kadırov 2006-cı ildən tutduğu Çeçenistan Respublikasının rəhbəri postunu tərk edərək güc struktrularının birinə rəhbər vəzifəyə gətirilə bilər.
"Meduza”nın prezident administrasiyasına yaxın mənbəyə istinadən verdiyi məlumata görə, Kadırov "Rosqvardiya"da yüksək vəzifəyə keçə bilər, şəxsən prezident Vladimir Putinə tabe olan 300 minlik "orduya” indi onun keçmiş mühafizəçisi Vladimir Zolotovun rəhbərlik edir.
"Meduza”nın mənbəsi bildirir ki, Kadırovun səlahiyyət müddətinin 2026-cı ildə başa çatmasına baxmayaraq, onun "Rosqvardiya"ya keçməsi "müzakirə olunur". Çeçenistan rəhbərinin özü də şənbə günü mümkün istefaya eyham vuraraq, "müddətsiz məzuniyyətə layiq olduğunu" deyib.
"Bizim qafqazlılar, çeçenlər arasında belə bir atalar sözü var: nə qədər hörmətli, çoxdan gözlənilən qonaq olsa da, əgər o, vaxtında getsə, bu, daha da xoş olur”, - Kadırov Telegram kanalında yerləşdirdiyi videoda bildirib.
"Bununla düşünürəm ki, mənim vaxtım çatıb, nə qədər qovulmamışam, özüm getsəm, yaxşıdır. Biz artıq bu barədə düşünməyə başlamışıq və vaxtında ayrılmağa çalışacağıq".
Sonuncu dəfə Kadırovun vəzifədən getməsi ilə bağlı şayiələr 2020-ci ildə, Çeçenistan rəhbəri Məhəmməd peyğəmbərin karikaturalarının dərcini dəstəklədiyinə görə Fransa prezidenti Emmanuel Makronu "terrorçu” adlandıran zaman yaranıb. Bundan sonra prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Federasiyasının subyektlərinin rəhbərləri xarici siyasətlə məşğul ola bilməzlər və Kadırov cavab verib ki, o, öz mövqeyinə görə "vəzifədən getməyə, cəza almağa və ya canını verməyə” hazırdır.
Nizami Bağırov