Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynadakı müharibəni "böyük cihad”, ölkənin özünü isə "Rusiya ərazisi” adlandırıb
Qaynarinfo xəbər verir ki, Kadırov bu barədə "Telegram" paylaşımında bildirib.
"Sizə söz verirəm: biz onlara hər gün hücum edəcəyik…. Biz bu şeytanları əsir götürməyəcəyik. Onları yandıracağıq. Biz heç yerdə dayanmayacağıq. Bizim ərazimiz Zaporojye, Xerson deyil. Bizim ərazimiz Odessa, Kiyev, Xarkovdur”, deyə Kadırov "Telegram" kanalında otuz dəqiqəlik videosunda bildirib və tezliklə "yaxşı xəbərin” olacağını deyib.
Kadırov qeyd edib ki, o, "Vətəni yalnız sözlə sevənləri” başa düşmür. O, milyonlarla insanın Məhəmməd peyğəmbərin karikaturalarına etiraz etmək üçün toplaşdığı mitinqi xatırladıb. "Qroznıda etirazçılar Avropaya gedəcəklərini və qanunu pozanlarla məşğul olacaqlarını bildirirdilər. Bəs bu qəhrəmanlar haradadır?”, deyə Kadırov qəzəbini göstərib.
Çeçenistan rəhbərinin sözlərinə görə, Qərbdə "şeytanlıq açıq şəkildə Rusiyaya qarşı fəaliyyət göstərir”. Ukraynada şeytanlıqla bağlı sözlər dünən iki dəfə ictimai sahədə peyda olub. Kadırovdan başqa, Rusiya Təhlükəsizlik Şurası katibinin köməkçisi Aleksey Pavlov da Ukraynada "desatanizasiya”nın aparılmalı olduğunu bildirib. Onun iddiasına görə, Ukrayna "totalitar hipertəriqətlərə” çevrilib.
Nizami Bağırov