Rusiya Silahlı Qüvvələri kadırovçuların davamlı alçaltmasından o qədər ruhdan düşüb ki, bəziləri buna dözə bilməyib intihar edir.
Qaynarinfo xəbər verir ki, sosial şəbəkələrdə "Axmat” taborunun zorakılığına məruz qalan ruslardan birinin özünü evin girişində asması barədə məlumat
yayılıb.
Meyitin yanında tapılan intihar məktubunda rus əsgəri həyat yoldaşına kadırovçuların rusları nəinki qarət edib döydüyünü, hətta zorladığını bildirib.
"Biz, ruslar, burada heç kimik, burada çeçenlər hökmranlıq edirlər. İçirlər, özbaşınalıq edirlər, zorlayırlar, döyürlər, amma heç kim heç nə etməyəcək. Ksyuxa, mənə göndərdiyin bütün pulları əlimdən aldılar və mənim başıma pis iş gətirdilər. Bil ki, buna müqavimət göstərmişəm”, o, hərəkətinin səbəblərini açıqlayıb.
Nizami Bağırov