Zaporojye vilayətinin Primorsk şəhərində Kadırovun yaxın adamı, Çeçenistandan olan Dövlət Dumasının deputatı Delimxanovun korteji atəşə tutulub. Deputatla birlikdə onun ətrafındakılardan 200-ə yaxın adam öldürülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrində döyüşən politoloq Kirill Sazonov Teleqram kanalında məlumat
yayıb.
Onun sözlərinə görə, hadisəni gizli saxlamaq üçün təcili yardım maçınları çağırılmayıb, cəsədlər gizli şəkildə 12 helikopterlə çıxarılıb.
Bu xəbərdən bir qədər sonra, Ramzan Kadırovun teleqram kanalında Çeçenistan rəhbərinin Delimxanovla əlaqə saxlaya bilmədiyi barədə yazı peyda olub.
"Ukrayna kəşfiyyatından xahiş edirəm ki, dəqiq olaraq hansı yer və hansı mövqelərin vurulduğu barədə məlumat versinlər ki, mən də əziz QARDAŞIMI tapa bilim. Səxavətli bir mükafat vəd edirəm və kömək etməyinizi xahiş edirəm", - yazıda deyilir.
Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov yaralanıb, "amma sağdır”. Bu barədə "Zvezda” telekanalına Dövlət Dumasının mətbuat xidmətindən məlumat verilib.
Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxının dəqiq harada və nə vaxt yaralandığını Dövlət Duması dəqiqləşdirməyib.
Dövlət Dumasının sədri Vyaçeslav Volodinin parlamnetin iclasında aşağıdakıları söyləyib: "Mən indicə Adam Dəlimxanovla danışdım. Sağ salamatdır. Bizə cansağlığı arzulayır”.
"Axmat” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov bildirib ki, Adam Delimxanov sağdır və Çeçenistandadır.
"Bunların hamısı yalandır. Adam Sultanoviç bütün canlıların ən canlısıdır və indi respublikadadır [Çeçenistan] - Ramzan Axmatoviçin yanına getdi.
Nizami Bağırov