Xəbər lenti

Dünya 21:38 08.04.2024

Kafu: "Ruslarla braziliyalılar qardaşdır, biz spirtli içkilərə olan sevgi birləşdirir"

Braziliyalı futbolçu Kafu "RB Sport"a müsahibəsində rusları və braziliyalıları qardaş xalqlar hesab etdiyini bildirib.

Qayanrinfo xəbər verir ki, onun sözlərinə görə, hər iki xalqın nümayəndələrini spirtli içkilərə olan sevgi birləşdirir.

"Biz həqiqətən qardaş xalqıq. Bizim oxşar cəhətlərimiz var - məsələn, şən xalqıq və çoxlu spirtli içki qəbul edirik. Eyni zamanda, braziliyalılar ruslardan qat-qat çox içirlər", deyə Kafu bildirib.

Kafu ikiqat dünya çempionudur. O, Avropada İspaniyanın "Saraqosa”, İtaliyanın "Roma” və "Milan” klublarında çıxış edib. 1994/95 mövsümündə "Saraqosa" ilə Kuboklar Kubokunu qazanıb. "Milan"la birlikdə 2006/07 mövsümündə Çempionlar Liqasının qalibi olub.

Aydın



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->