İdman 13:14 07.02.2023

Kahramanmaraşda 8 idmançı dağıntılar atından xilas edildi

Türkiyə Güləş Federasiyası Kahramanmaraşda baş verən zəlzələlərdə dağıntılar altında qalan güləşçilərdən indiyədək 8-nin xilas edildiyini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə federasiyadan açıqlama verilib.
 
"Kahramanmaraş mərkəzli zəlzələdən sonra Kahramanmaraş Bələdiyyəsinin idmançıları arasında dağıntılar altında qalan güləşçilərimiz üçün xilasetmə işləri davam edir. İndiyədək xilas edilən güləşçilərin sayı 8-ə çatıb", deyə federasiyadan bildirilib. 

Türkəyinin güləş üzrə dünya çempionu Taha Akgül ötən gün sosial şəbəkədəki açıqlamasında zəlzələdən sonra güləş klubunun yerləşdiyi binanın uçduğunu və orada olan 30-40 güləşçinin dağıntılar altında qaldığını bildirmişdi. 

Səbuhi Həsənov