Dünya 18:10 19.03.2023

Kahramanmaraşda iki dəqiqədə iki zəlzələ

Kahramanmaraşda iki dəqiqədə iki zəlzələ qeydə alınıb.

Qaynarinfo bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) istinadən xəbər verir.

Məlumata görə, Kahramanmaraşın Göksun rayonunda saat 15:54 radələrində 4.4, saat 15:56 radələrində 4.1 maqnitudalı zəlzələlər olub.

Dağıntı və tələfat qeydə alınmayıb.