Xəbər lenti

Kaka futbolçu karyerasını rəsmən bitirdi
İdman05:10 18.12.2017

Kaka futbolçu karyerasını rəsmən bitirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Braziliyalı yarımmüdafiəçi Kaka futbolçu karyerasını rəsmən başa vurub.
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, bu barədə 35 yaşlı oyunçunun özü TV Globo-nun efirində açıqlama verib.
"Son sözüm budur ki, peşəkar karyeram başa çatdı", - deyə "sambaçı" bildirib.
Kaka Braziliyanın "San Paulu", İtaliyanın "Milan", İspaniyanın "Real Madrid" və ABŞ-ın "Orlando Siti" komandalarında forma geyinib. O, 2002-ci ildə dünya çempionu, 2007-ci ildə isə "Qızıl top"un sahibi olub. 2002 - 2016-cı illərdə Braziliya millisinə çağırılmış ulduz futbolçu 92 oyuna 29 qol vurub. Kakaya daha əvvəl "Milan"da direktor vəzifəsi təklif olunsa da, o, hələ yekun qərarını verməyib.