Xəbər lenti

“Kalaşnikov”un yaradılması ilə bağlı çox yayılmış mif dağıldı
Dünya12:53 22.06.2020

“Kalaşnikov”un yaradılması ilə bağlı çox yayılmış mif dağıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Kalaşnikov Media” nəşri əfsanəvi avtomatının yaradıcısı konstruksiyalaşması zamanı dövrün hərbi rəhbərlərinə qarşı getməsi ilə bağlı yayılmış mifi dağıdıb. 
Qaynarinfo xəbər verir ki, layihə ilə bağlı meydana gələn mif haqda tarixçi Andrey Ulanov danışıb.
O deyib ki, AK ilə əlaqəli ən çox yayılmış miflərdən biri silah yaradılan zaman Mixail Kalaşnikovun müsabiqə təşkilatçılarının tövsiyələrinə qulaq asmaması və avtomatda radikal dəyişiklik etməsi barədə söz-söhbətdir. Tarixçi Kalaşnikovun guya AK-nın lüləsinin uzunluğunu qısaldıb, lakin kimsə onun bu cəsarətinin fərqinə varmayıb. Ulanov əmin edib ki, bu, tamamilə yalandır.
Ekspertin fikrincə, belə bir sərbəstlik gözdən qaça bilməzdi, çünki sənədlərdə də "Kalaşnikov hücum tüfənginin konstruktiv təmizlənmə prosesində köklü dəyişikliyə məruz qaldığı" qeyd edilib. Üstəlik, müsabiqənin təşkilatçıları dizaynerlərə silahlarının prototiplərini dəyişdirməyi tövsiyə ediblər: "Hər üç finalçıya lüləni 400 millimetrədək qısaltmağa icazə verilib və hər üçü də buna əməl edib".
Silah tarixçisi sənədlərə əsasən qeyd edib ki, Kalaşnikovun çatışmazlıqlarının siyahısı rəqibləriylə müqayisədə ən qısa olub. Beləliklə, Mixail Kalaşnikov nişangahın dizaynını dəyişdirməyib, effekti kifayət qədər olmayan ağız əyləc kompensatoru qoymayıb və gövdənin ötürücü hissəsinin arxa vəziyyətdə bərkidilməsini təmin etməyib.
Ekspertin fikrincə, Baş Artilleriya İdarəsinin zabitləri prototipi qəbul edən zaman məqsədləri heç kimin nazıyla oynamaq deyil, ən mükəmməl silah əldə etmək olub. Nəticədə Kalaşnikov avtomatının prototipi müsabiqədə qalib gəlib, çünki onun yaradıcısı avtomatı daha mükəmməl tamamlaya bilib.
Alpər