Kaliforniya ABŞ-ın tərkibindən çıxmaq istəyir. İstiPress-in məlumatına görə, artıq Calexit-lə bağlı ştatda imzatoplama kampaniyası başlayıb. İki gün öncə Kaliforniyanın öz daxili işlər naziri kampaniyaya icazə verib.
Calexit üçün 180 gün ərzində 585 407 imza lazımdır. Bu isə bütün ştat əhalisinin 8 faizi deməkdir.
Əgər onlar bunu edə bilərsə, 2018-ci ilin noyabr ayında Kaliforniya sakinləri yerli konstitusiyanın iki maddəsinin ləğvi ilə bağlı səs verəcək. Buna maddəyə əsasən onların ştatı ABŞ-ın ayrılmaz hissəsidir və ABŞ konsitutusiyası ilə ölkənin əsas qanunlar toplusu hesab edilir.
ABŞ-dan ayrılmaq barədə referendum isə 2019-cu ilin yazında ola bilər. Calexit üçün ştatda qeydiyyatda olanların ən azı yarısının razılığı lazımdır.
Kaliforniyanın müstəqilliyi barədə təşəbbüskarlar Donald Trampın qələbəsindən sonra ştatın baş prokurorluğuna 2016-cı ilin noyabrında referendum keçirilməsi haqqında petisiya təqdim etmişdilər.
Kaliforniya əhalisinin sayına görə (39 milyondan çox) ən böyük ABŞ ştatlarından biridir. Ərazisinə görə isə üçüncüdür.
Qaynarinfo.Az