Xəbər lenti

Kamran Ağayev Lənkəranda hakimə hücum çəkdi
İdman07:15 07.04.2014

Kamran Ağayev Lənkəranda hakimə hücum çəkdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün "Xəzər Lənkəran" - "Qəbələ" matçından sonra gərginlik yaranıb. Fanat.az xəbər verir ki, "Qəbələ"nin futbolçuları hakimlikdən narazı qalıb.

Bunun nəticəsi olaraq oyun başa çatan kimi, qonaq komandanın qapıçısı Kamran Ağayevlə hücumçusu Yannik Kamanan baş hakim Rauf Cabbarova hücum çəkiblər. Onlar referinin verdiyi bəzi qərarlardan narazılıqlarını dilə gətiriblər. Ətrafdakıların müdaxiləsindən sonra ara sakitləşib.

Qaynar.info