Kanada bu yay Ukraynaya 39 ədəd "General Dynamics” istehsalı olan zirehli döyüş maşını göndərəcək.
Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bunu Kanadanın müdafiə naziri Anita Anand
deyib.
Zirehli maşınlar Ontario ştatının London şəhərində yerləşən "General Dynamics” zavodunda istehsal olunur. Avadanlıq təcili yardım, təmir və bərpa maşınları kimi, eləcə də qoşunların daşınması üçün istifadə oluna bilər. Yeni zirehli texnika partiyasının təhvil verilməsi hələ aprel ayında Kanada büdcəsində nəzərdə tutulmuş Ukraynaya 500 milyon Kanada dolları həcmində hərbi dəstəyin bir hissəsidir.
Daha əvvəl bildirilmişdi ki, Kanada Ukraynaya 39 zirehli döyüş maşınının verilməsinə dair razılaşmanın yekunlaşdırılması üzərində işləyir. Onlar Kanada ordusu üçün nəzərdə tutulmuş və çatdırılma prosesində idilər, lakin bunun əvəzinə Ukrayna cəbhəsinə göndəriləcəklər. Onlar qüllə və 25 mm-lik topla təchiz edilmiş piyada döyüş maşınlarından fərqlənirlər.
Xatırladaq ki, Kanada Ukraynaya yeni humanitar yardım üçün 151,7 milyon dollar ayıracaq.
Nizami Bağırov