Xəbər lenti

Kanada hökumətində 3-cü istefa
Dünya06:47 05.03.2019

Kanada hökumətində 3-cü istefa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kanada hökumətində son həftələrdə 3-ci istefa qeydə alınıb.
Qaynarinfo NY Times-a istinadən xəbər verir ki, Xəzinə Naziri Ceyn Filpot istefasını Baş Nazir Castion Trudouya təqdim edib. 
Fevral ayında hökumət rəhbərinin baş katibi Cerald Batts və Baş prokuror və Ədliyyə Naziri Codi Vilson Reybold vəzifəsindən gedib.
Qeyd edək ki, Kanadada hazırkı hökumət ölkənin nəhəng şirkətlərindən olan "SNC-Lavalin"ə korrupsiya faktlarına görə məsuliyyətdən yayınmağa kömək etməkdə ittiham edilir. 
Ötən həftə müxalif Mühafizəkarlar Partiyası Baş Nazirin istefasını tələb etmiş, Castin Trudou məsələyə görə istefa verməyəcəyini açıqlamışdı.
Gülşən