Xəbər lenti

Kanada milyonlarla insanı aclıqdan xilas etməyin yolunu tapdı
Dünya06:29 04.06.2022

Kanada milyonlarla insanı aclıqdan xilas etməyin yolunu tapdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kanada taxıl ixrac etmək üçün yük gəmilərini Ukrayna limanlarına göndərməyə hazırdır. 
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Joli bildirib.
O vurğulayıb ki, taxılın Afrika və Yaxın Şərqə çatdırılması vacibdir, əks halda "milyonlarla insan aclıqla üzləşə bilər”.
Nazir həmçinin taxıl ixracı ilə bağlı vəziyyətin "Ukraynanın müdafiə qabiliyyətini zəiflədəcəyindən" ehtiyat edir, çünki kənd təsərrüfatı məhsullarının ixracı olmadan ölkə büdcə gəlirlərinin əhəmiyyətli hissəsindən məhrum olacaq.
"Toronto Star” xəbər verib ki, Joli gələn həftə ABŞ dövlət katibi Entoni Blinkenlə Ukrayna taxıl məsələsini müzakirə etməyi planlaşdırır.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ukrayna taxılının ixracına "icazə verməməsi” ilə bağlı bəyanatı blef adlandırıb.
Alpər