Kanada Senatı baş nazir Castin Trüdonun təklif etdiyi Rusiya aktivlərinin müsadirə edilməsi imkanını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər
verir.
Məlumata görə, C-19 qanunu bir sıra tədbirlər, o cümlədən xarici vətəndaşların mənzil almasına iki il qadağa qoyulması, eləcə də Rusiyanın Ukraynaya təcavüzünə görə məsuliyyət daşıyanların aktivlərinin müsadirə edilməsi və satılması hüququnu nəzərdə tutur.
Həmçinin bildirilir ki, 450 səhifəlik sənəd dəyişiklik edilmədən yuxarı palatadan keçib və kralıçanın formal razılığından sonra qanuna çevriləcək.
Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak artıq bu xəbərə münasibət bildirib. Onun sözlərinə görə, dəyişikliklər müsadirə olunan əmlakın başqa dövlətə verilməsini də nəzərdə tutur.
"Ukrayna məsələsində bu o deməkdir ki, Kanada öz ərazisində dondurulmuş Rusiya aktivlərini müsadirə edib Ukraynaya ötürə biləcək. Bu, müharibə başlayandan sonra qanunvericilikdə belə mexanizmin gücləndirilməsi üçün ilk presedentdir", - o, əlavə edib.
Nizami Bağırov