Xəbər lenti

Kanada parlamenti Ukraynada baş verənləri Soyqırım adlandırdı
Dünya08:36 28.04.2022

Kanada parlamenti Ukraynada baş verənləri Soyqırım adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kanadalı deputatlar yekdil səsvermə ilə Ukraynada baş verənləri soyqırım adlandırıblar.
Qaynarinfo bu barədə "Reuters” xəbər agentliyinə istinadla xəbər verir.
Kanada parlamentinin 338 deputatdan ibarət aşağı icmalar palatası yekdil səsvermə ilə Ukraynadakı hadisələri soyqırım adlandırıb.
Parlament Ukraynada sistematik və kütləvi şəkildə insanlığa qarşı cinayətə dair çoxsaylı sübutların olduğunu bildirib. 
İcmalar palatası bu sübutlara misal kimi kütləvi qətlləri, mülki insanların qəsdnən öldürülməsi, cəsədlərin təhqir edilməsi, ukraynalı uşaqların məcburi başqa yerlərə aparılması, işgəncə, fiziki və mənəvi zərər və zorlamanı qeyd edib. 
Bir müddət əvvəl Kanada baş naziri Castin Trüdo getdikcə daha çox insanın Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım adlandrımasının tamamilə düzgün olduğunu bildirmişdi.
Kanada hökuməti həmçinin sanksiyalar nəticəsində Rusiyadan alınan mülk və aktivlərin Ukraynanın yenidən qurulması və müharibədən zərər çəkənlərə xərclənməsinə imkan verən qanun dəyişikliyi etməyə hazırlaşır.
Nurlan