Kanada Rusiyaya qarşı tətbiq olunan sanksiyalar çərçivəsində 457 milyon Kanada dolları (350 milyon ABŞ dollarından çox) məbləğində rus aktivlərini dondurub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ukrinform" Kanada Kral Atlı Polisinə istinadla
yazır.
"2022-ci il fevralın 24-dən etibarən Kanadada ümumilikdə 140,1 milyon Kanada dolları dəyərində aktivlər dondurulub və Xüsusi İqtisadi Tədbirlər Aktına əsasən müəyyən edilmiş qadağalar çərçivəsində 317,4 milyon dollar dəyərində maliyyə əməliyyatları dayandırılıb", - Kanada hüquq-mühafizə orqanlarının açıqlamasında deyilir.
Polis, həmçinin Belarus sanksiya siyahısına daxil olan şəxslərlə əlaqəli 387,2 min dollar dəyərində maliyyə əməliyyatlarının bloklandığını və 148,5 min dollar dəyərində aktivlərin dondurulduğunu əlavə edib.
Alpər
Şərhlər