Xəbər lenti

Kanada Ukraynaya daha 195 milyon dollar kredit verəcək
Dünya17:16 20.05.2022

Kanada Ukraynaya daha 195 milyon dollar kredit verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kanada hakimiyyəti Ukraynaya 250 milyon Kanada dolları (195,1 milyon ABŞ dolları) məbləğində növbəti kredit vermək qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə Kanada baş nazirinin müavini, maliyyə naziri Kristi Friland deyib.
Sənəddə göstərilən bu vəsait Beynəlxalq Valyuta Fondu vasitəsilə köçürüləcək.
"Əvvəlki maliyyə dəstəyi ilə birlikdə bu kredit Kanadanın Ukrayna qarşısındakı maliyyə öhdəliyini bu il 1,87 milyard Kanada dollarına (1,46 milyard dollar) çatdırır", - Friland bildirib.
Açıqlamada qeyd edilir ki, bu qərar Friland ilə maliyyə departamentlərinin rəhbərləri və G7-nin Mərkəzi Bankının rəhbərləri arasında Almaniyanın Köniqsvinter şəhərindəki görüşdən sonra qəbul edilib.