Kanadanın Toronto şəhərinin Missisaqa ərazisində 2 nəfər restorana daxil olaraq bomba partladıb.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, "Bombay Bhel" restoranında baş vermiş hadisədə azı 15 nəfər xəstəxanaya aparılıb, onlardan 3-ünün vəziyyəti ağırdır.
Hücumu hələlik heç bir terror təşkilatı öz üzərinə götürməyib.
Qeyd edək ki, 1 ay əvvəl Torontoda erməni əsilli gənc yük maşınını insanların üzərinə sürmüş, 10 nəfər ölmüş, 15 nəfər yaralanmışdı.
Gülşən