Xəbər lenti

Kanadada son 30 ilin ən dəhşətli insidenti: 16 nəfər öldü (FOTO/VİDEO)
Dünya08:59 20.04.2020

Kanadada son 30 ilin ən dəhşətli insidenti: 16 nəfər öldü (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kanadada son 30 ilin ən ölümcül silahlı hücumu baş verib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Yeni Şotlandiya əyalətində Qabriel Vortman adlı silahlı şəxs əhaliyə hücum edib və şənbə günü başlayan olay bazar gününə qədər davam edib. Hadisə nəticəsində 16 nəfər həyatını itirib. Rəsmilər ölü sayının artma ehtimalı olduğunu açıqlayıblar.
Saxlanılan şəxsin diş protezi klinikası, evləri və müxtəlif şəhərlərdə əmlakı olduğu üzə çıxıb. Onun nə üçün belə etdiyi ilə bağlı isə hələlik heç bir məlumat açıqlanmayıb.
Hadisənin terror hadisəsi olmadığı bildirilib.

Xatırladaq ki, faciə Portapike şəhərində baş verib. Yerli polis hesab edir ki, onun polis forması geyinib, polis maşınına bənzəyən bir avtomobillə hərəkət etməsi təsadüfi deyil. Bununla belə, qurbanların seçimi ixtiyari olub. Öldürülənlərin bəziləri qatillə tanış olmayıb. Qatil sonunda öldürülüb.

Ölənlər arasında bir polis məmuru - iki uşaq anası olan zabit Haydi Stevenson da var. Digər bir polis isə yüngül xəsarət alıb.

Kanadada sonuncu dəfə oxşar sayda qurbanı olan qırğın otuz il bundan əvvəl baş verib: 1989-cu ildə özünü "feminizmə qarşı mübariz" elan edən 25 yaşlı Mark Lepin Monreal Universitetində 14 qadını güllələyib.

Kanadanın baş naziri Castin Trudo ölənlərin yaxınlarına başsağlığı verib. 
Camal