Xəbər lenti

Kanadadakı buzlaqlar sürətlə əriyir
Dünya10:45 28.12.2018

Kanadadakı buzlaqlar sürətlə əriyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kanadalı professorlar Zak Robinson və Saymon Fraser ölkənin 3 ştatında yerləşən buzlaqlarla əlaqədar tədqiqatın nəticəsini yayımlayıb.
Qaynarinfo xəbər verir ki, "Kanada dağlarının vəziyyəti" adlı tədqiqata görə, Alberta, Yukon və Britaniya Kolumbiyası ştatlarındakı buzlaqların 80%-i 50 il ərzində əriyəcək. Buzlaqların sürətlə əriməsi su səviyyəsinin yüksəlməsi, səhraların yaranması təhlükəsi gətirir. 
Kanadanın Yukon ştatındakı Eliaz dağlarında ərimə səviyyəsi daha yüksək qiymətləndirilir. Roki dağlarında temperatur yüksəldikcə buz təbəqəsində parçalanmalar müşahidə ediləcək. Roki dağındakı Peyto buzlağının 70%-i artıq əriyib. 
Dünyadakı buzlaqların böyük hissəsi Antarktika və Qrenlandiyada yerləşir. Bu ərazilərlə yanaşı Avropadakı Alp dağları, Cənubi Amerikadakı And dağları və digər ərazilərdə yerləşən buzlaqlarda sürətli ərimələr müşahidə edilir. 
Gülşən