Xəbər lenti

Kanadadan 114 rusiyalıya qarşı sanksiya qərarı
Dünya14:07 16.03.2019

Kanadadan 114 rusiyalıya qarşı sanksiya qərarı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kanada 114 rusiyalıya və 15 rus şirkətinə qarşı sanksiyalar barədə qərar qəbul edib.
Qaynarinfo Crime Russia-ya istinadən xəbər verir ki, Kanadanın bu qərarı ötən il Kerç boğazında Rusiya hərbçilərinin ukraynalı hərbçilərinə atəş açması və 24 əsgərin həbsi ilə əlaqədardır.
Sanksiya siyahısına daxil edilən şəxslər arasında Rusiyanın nüfuzlu və vəzifəli adamları da yer alıb:
Federasiya Şurası və Xarici İşlər  Komitəsinin sədri Konstantin Kosaçev, "Rosneft" rəhbəri İqor Seçin, "VTB" sədri Andrey Kostin, Milli Qvardiya direktoru Viktor Zolotov, "Roskomnadzor" sədri Aleksandr Jarov, "Gazprombank"ın vitse-prezidenti Sergey Fursenko, Cənubi Hərbi Bölgə komandiri Aleksandr Dvornik, Rusiya Dəmiryolları rəhbəri Vladimir Yakunin, biznesmen İqor Rotenberq və s.
Kanadanın məhdudiyyətlər tətbiq edəcəyi şirkətlər arasında isə "Suxoy Tupolev", "MiG", "Oboronloqisika", "Silovye Maşinı" və s. qurumlar yer alıb.
Avropa İttifaqı isə 15 martda sanksiya siyahısına daha 8 nəfərin adını daxil edib.
Qeyd edək ki, Rusiya sərhədi qanunsuz keçməkdə ittiham edilən ukraynalı hərbçilərin aprel ayına qədər həbsdə saxlanılacağını açıqlayıb.
Gülşən