Dünya ölkələri Rusiya Federasiyasına tətbiq olunan sanksiyaları hələ uzun müddət saxlamalıdır.
Bu açıqlama ilə Kanada Xarici İşlər naziri Stefan Dion çıxış edib:
“Rusiyanın Ukrayna böhranı ilə bağlı nümayiş etdirdiyi bu saymamazlıq sanksiyaların hələ uzun müddət saxlanılmalı olduğunu göstərir, hətta cəzalar sərtləşdirilməlidir".
Nazir müttəfiq ölkələr arasında sanksiyaların sərtləşdirilməsi haqda fikir mübadiləsi aparılmasına nail olunacağını da vurğulayıb. (axar.az)
Qaynar.info