Xəbər lenti

Kanye Uest vəkilinə pul ödəməkdən imtina etdi
Dünya 23:55 05.07.2024

Kanye Uest vəkilinə pul ödəməkdən imtina etdi

Amerikalı reper Kanye Uestin maraqlarını avtoqraf satıcısı ilə davasında təmsil edən vəkil sənətçi üçün işləməkdən imtina edib. 

Qaynarinfo bu barədə "Page Six"ə istinadən xəbər verir.

Vəkil Brayan Bramfildin ərizəsində deyildiyi kimi, reper iyunun 21-dən ona pul ödəməkdən, hətta onunla danışmaqdan imtina edib.

Bramfildin vəsatəti üzrə dinləmə iyulun 29-na təyin edilib.

Avtoqraf alverçisi Kastin Poplavski və onun həyat yoldaşı Tiffani Marşall tərəfindən yanvarın 10-da açılan iddiada Uest Poplavskiyə qəsdən emosional təzyiq göstərməkdə və hücum etməkdə ittiham olunur. Marşal da iddiada maddi ziyana uğradığını iddia edir.

Bir gün əvvəl Uestin adı reperin "Yeezy" şirkətinin keçmiş əməkdaşının daha bir iddiasında hallanıb. İddia ərizəsində iddia olunur ki, reperin yeni arvadı Byanka Sensori işçilərə ədəbsiz materiallar göndərərək zorakı və təzyiqli iş mühiti yaradıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->