Xəbər lenti

Kapsulda yuxu imkanı
Dünya15:16 23.07.2017

Kapsulda yuxu imkanı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çində işçilərin nahar fasiləsində dincəlməsi məqsədilə "yuxu kapsulları" fəaliyyət göstərir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 1 metr eni və 2 metr uzunluğu olan kapsullardan istifadə və ödəniş etmək olduqca rahatdır. Bu kapsulların istifadəçiləri hər ötən gün daha da artır. “WeChat” tətbiqetməsi ilə ödəniş edilir və kapsulun qapısı açılır. Hansı müddətdə istifadə edildiyini tətbiqetmə hesablayır. 

Yarım saatlıq istifadə təxminən 1,5 manatdır. Kapsul hər istifadədən sonra ultrabənövşəyi şüalar vasitəsilə dezinfeksiya edilir və növbəti istifadəyə hazır vəziyyətə gətirilir. Ədyal, tək istifadəlik yastıq üzü və s. əşyaların pulsuz verildiyi kapsul otaqlarda asılqan, gecə lampası, mini ventilyator kimi əşyalar var. 

Gülşən

Qaynarinfo.Az