Xəbər lenti

Karapetyanın açıqlamasından sonra Paşinyan Rusiyadakı səfiri ilə təcili danışdı, tapşırıq verdi
Dünya10:10 06.10.2023

Karapetyanın açıqlamasından sonra Paşinyan Rusiyadakı səfiri ilə təcili danışdı, tapşırıq verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyana Ermənistan hakimiyyətinə qarşı ittihamlar səsləndirən keçmiş müdafiə naziri Arşak Karapetyanı Rusiya Federasiyasında kimin dəstəklədiyini öyrənməyi tapşırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Joxovurd” qəzeti yazır.
Oktyabrın 4-də Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş hərbi kəşfiyyat rəisi, Ermənistanın keçmiş müdafiə naziri "Ermənistanı daxili və xarici düşmənlərdən azad etmək” üçün siyasi fəaliyyətə və siyasi hərəkatın yaradılmasına başladığını elan edib.
Nəşr qeyd edir ki, Karapetyanın siyasi müraciəti hakimiyyət üçün gözlənilməz olub.
Nəşr yazır ki, Karapetyanın çıxışından sonra Paşinyan təcili olaraq Ermənistanın Rusiya Federasiyasındakı səfiri, keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanla danışaraq ondan Rusiyada Karapetyanı kimin dəstəklədiyini və nə gözlədiyini öyrənməyi tələb edib.
Nəşrin yazdığına görə, Karapetyan Paşinyana qarşı açıq-aşkar ittihamlar irəli sürüb və deyib ki, o, "atmamaq” göstərişinə tabe olmayıb və düşmən irəlilədiyi təqdirdə atəş açmaq əmrini özü verib. Və buna görə də onun sözlərinə görə, baş nazir onu tutduğu vəzifədən uzaqlaşdırıb.
Maraqlıdır ki, əvvəllər Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışmış eks-nazirin özü yalnız indi danışıb.
Nəşrin yazdığına görə, məhz Karapetyan 2018-ci il inqilabından sonra Paşinyan üçün Rusiyanın hərbi-siyasi elitası ilə əlaqə yaradaraq Moskvanı hazırkı baş nazir və onun komandasının "sorosistlər” olmadığına inandırıb. İndi də o özü Ermənistan hakimiyyətinin əleyhinə danışıb.
Bundan əvvəl "Mülki müqavilə” parlament fraksiyasının deputatı Arman Eqoyan Karapetyanın açıqlamalarını cəfəngiyyat adlandırıb.
Alpər