Xəbər lenti

Karateçimiz Avropa çempionatında ermənini məğlub etdi
İdman11:57 09.02.2019

Karateçimiz Avropa çempionatında ermənini məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Danimarkanın Albo şəhərində keçirilən karate üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatında ikinci günə start verilib.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, kumite yarışlarında 55 kq çəki dərəcəsində çıxış edən Azərbaycan karateçisi Fərid Abdulkərimov ilk görüşündə serbiyalı Marko Mixayloviçə qalib gəldikdən (1:0) sonra Ermənistan idmançısı ilə üz-üzə gəlib.
O, Erik Xaçatryana da 1:0 qalib gələrək üçüncü mərhələyə vəsiqə qazanıb. Lakin bu mərhələdə türkiyəli Burak Özdəmirə uduzub. Görüşdə hesab açılmasa da, hakimlərin qərarı ilə qələbə Özdəmirə verilib.