Xəbər lenti

Kardinalın uşaqlara qarşı cinsi zorakılıq etdiyi təsdiqləndi
Dünya13:38 01.05.2018

Kardinalın uşaqlara qarşı cinsi zorakılıq etdiyi təsdiqləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vatikan iqtisadiyyat naziri və Avstraliya kardinalı Corc Pell uşaqlara qarşı cinsi zorakılıqda iddiası ilə məhkəməyə çıxarılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Melburn Sülh Məhkəməsi iddialar barədə kifayət qədər sübutun olduğuna qərar verib. Kardinal 1970-ci illərdə Viktoriya ştatında kinoteatr və hovuzda, 1990-cı illərdə Melburnda kilsədə cinsi zorakılıq edib. 
Mart ayının sonlarından bəri 30-dan çox şahidin ifadəsi dinlənilib. Məhkəmə kardinalın konkret olaraq hansı hadisələrə görə ittiham edildiyini açıqlamır. 
Cinsi zorakılığa məruz qaldığını deyən İdn Neyql məhkəmə qərarını "tarixi bir gün" adlandırıb. 
Qeyd edək ki, Corc Pell bu iddiaları rədd edir. 76 yaşlı Pellin pasportu alınıb və o zaminlə azadlığa buraxılıb. Kardinal barədə məhkəmə qərarının nə vaxt çıxarılacağı sabah bilinəcək.
Gülşən