Xəbər lenti

Kasıblar üçün ucuz siqaret satılacaq
Dünya16:53 27.02.2016

Kasıblar üçün ucuz siqaret satılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tailandın dövlət tütün şirkəti "kasıblar üçün" siqaret istehsal edəcəyini elan edib. Bu barədə rəsmi Banqkok açıqlama verib.
Hakimiyyət ümid edir ki, yeni təşəbbüs tütün çəkənləri siqaret sarımaq və yaxud da qaçaqmalçılıq yolu ilə gətirilmiş tütün məmulatlarını almaq fikrindən daşındıra bilər.
Bundan əvvəl KİV-lər tütün məmulatlarına tətbiq olunan aksiz dərəcələrinin qaldırıldığını xəbər vermişdilər.
Yeni siqaretlər aprel ayında istehsal olunmalıdır. Onların qiyməti hazırkı satış qiymətlərindən 30 faiz aşağı olacaq.
Tütün çəkmək əleyhinə kampaniya aparanlar ucuz siqaret istehsalı barədə elanı tənqidlə qarşılayıblar.
Qaynar.info