Xəbər lenti

Kataloniya lideri Belçikaya qaçdı
Dünya13:33 30.10.2017

Kataloniya lideri Belçikaya qaçdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kataloniya Muxtar Vilayətinin lideri Karles Puiqdemont Belçikaya qaçıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, dünən Belçikanın miqrasiya naziri Teo Franken katalon liderə sığınacaq verə biləcəklərini açıqlamışdı. Puiqdemont və vəzifədən azad edilən digər Kataloniya vəzifəliləri Belçikaya gedib.
Digər tərəfdən isə İspaniya bölgə hakimi Xose Manuel Maza Puiqdemonta qarşı üsyan və üsyana təhrik ittihamı irəli sürülməsini təklif edib.
Qeyd edək ki, 1 oktyabrda keçirilən müstəqillik referendumundan sonra Kataloniya ötən həftə müstəqilliyini elan etdi, lakin İspaniya höküməti bölgənin muxtariyyətini ləğv etdi, vəzifəli şəxsləri hakimiyyətdən uzaqlaşdıraraq idarəçiliyi təhvil aldı.
Gülşən
Qaynarinfo.Az