Xəbər lenti

Kataloniya qarışdı: minlərlə insan küçələrdə gecələyir
Dünya14:53 22.09.2017

Kataloniya qarışdı: minlərlə insan küçələrdə gecələyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniya hökümətinin qadağalarına baxmayaraq Barselonada minlərlə insan müstəqillik üçün bir araya gəlib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 1 oktyabrda keçirilməsi planlaşdırılan müstəqillik referendumu üçün toplaşan insanlar küçələrdə gecələyib. Bu gün isə etirazçılar universiteti işğal ediblər. Tələbələr "Səs verəcəyik" deyərək universitetə daxil olub və şüarlar səsləndiriblər. 

İspaniya iqtisadiyyat naziri Luiz de Quindas referendumun ləğvi şərti ilə Kataloniya rəsmiləri ilə görüşə hazır olduqlarını və iqtisadi müstəqillik və digər məsələlərdə islahatlar barədə danışa biləcəklərini deyib.
Qeyd edək ki, Barselona şəhərinin də daxil olduğu Kataloniya bölgəsi İspaniyadan ayrılmaq və müstəqilliyini elan etmək istəyir, lakin İspaniya höküməti referendumu qeyri-qanuni elan edib və bu qərarın ləğvini tələb edir.

Gülşən

Qaynarinfo.Az