
Kataloniyada polis əməkdaşları ilə baş vermiş toqquşmalarda 337 nəfər xəsarət alıb.
"Qaynarinfo" xəbər verir ki, bu barədə Kataloniyanın hakimiyyət orqanları məlumat yayıb.
Muxtar qurumun yaydığı xəbərdə bildirilir ki, xəsarət alanların sayı 300-ü ötüb.
"337 nəfər xəsarət və zədə alıb. Onlardan biri ağır vəziyyətdədir. Biz insanlara xəstəxanalara və Kataloniyanın hüquq-mühafizə orqanlarına müraciət etməyi çağırırıq", - deyə Jordi Turul mətbuat konfransında bildirib.
***
İspan polisi Kataloniyanın müstəqillik referendumuna mane olmaq üçün seçki məntəqələrinə əməliyyatlar təşkil edir.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, sandıqlar və seçki kağızları polis tərəfindən ələ keçirilir. Bu barədə İspaniya daxili işlər nazirliyi məlumat yayıb.
Polisin əməliyyat keçirdiyi ünvanlardan biri də Kataloniya Muxtariyyətinin rəhbəri Karlos Puqidemontun səs verəcəyi idman salonu olub. Buraya gələn 80 polis qapı önündə müstəqillik tərəfdarlarının qurduğu səddi yararaq binanı ələ keçirib.
Polis və səsverməyə gələn, seçki məntəqələrini qoruyanlar arasında qarşıdurmalar yaşanıb, xəsarət alanlar var.
Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək 38 nəfər yaralanıb.
Gülşən
Qaynarinfo.Az













