Xəbər lenti

Kataloniyanın muxtariyyəti ləğv edildi
Dünya13:14 21.10.2017

Kataloniyanın muxtariyyəti ləğv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniya höküməti Kataloniya Muxtar vilayətinin ləğv edilməsi barədə qərar qəbul edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, rəsmi Madrid konstitusiyanın 155-ci maddəsinin qüvvəyə minməsi barədə qərar qəbul edib. Kataloniya idarəçiliyi Madridə keçəcək və növbəti 6 ay ərzində seçkilər keçiriləcək. Hökümət bu məqsədlə Sosialist İşçi Partiyası ilə razılıq əldə edib. 

1 oktyabrda keçirilmiş Kataloniyanın müstəqillik referendumundan sonra bölgənin müstəqillik bildirişi deputatlar tərəfindən imzalanmış, lakin müstəqillik elan edilməmişdi. Hökümət Kataloniyanın müstəqillik elan edib-etməməsi barədə 5 gün müddətində açıqlama tələb etmiş, lakin heç bir cavab verilməmişdi.

Dünən muxtar vilayətdə qeyri-adi etiraz aksiyası keçirilib. İnsanlar mərkəzlərini Kataloniyadan köçürmək istəyən banklardan pullarını çəkməyə başlayıblar. Çəkilən məbləğ qanuna minən 155-ci maddəyə işarə olaraq 155 avro müəyyənləşdirilib. Bəziləri isə Kataloniyanın İspaniyanın tərkibinə daxil edildiyi 1714-cü ilə görə 1714 avro çəkib. 

Qeyd edək ki, referendumda əhalinin 43%-i iştirak etmiş, onların 90%-indən çoxu müstəqilliyə "Hə" demişdi.

Gülşən

Qaynarinfo.Az