Avropa Parlamentinin İtaliyadan olan keçmiş üzvü Pyer Antonio Panzeri Yaxın Şərqin bəzi ölkələri tərəfindən Avropa institutlarında korrupsiya faktı ilə bağlı Belçika hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadə verməyə başlayıb.
Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, Panzerinin vəkili Loran Kennes AFP agentliyinə bu məlumatı
təsdiqləyib.
"Dövlətin şahidi" ifadəsi əvəzinə biz adətən "iş verən" sözünü eşidirik, amma mənim müvəkkilim heç kimin düşməni deyil, o, sadəcə əməkdaşlıq etmək istəyən şəxsdir. Anlamaq lazımdır ki, ona heç kim nəyisə boşuna verməyəcək… o, öz mövqeyini təmin və hökmünü müzakirə etmək qərarına gəlib", - təsdirləndirilən parlament üzvünün vəkili deyib.
Panzeri "Katargate"də iştirak edən yeganə şəxsdir ki, günahını etiraf etməyə və korrupsiya şəbəkəsinin Avropa Parlamentində necə işlədiyinə dair ifadə verməyə razılaşıb. Kennesin sözlərinə görə, Avropa Parlamentinin keçmiş deputatı 2014-cü ildən bəri baş verən (yaxud daha əvvəllər, əgər söhbət əlaqə quran şəxslərdən gedirsə) hər şeyi deyəcək.
"Söhbət təkcə "filan gündə mən ilk dəfə 1000 avro aldım”ı izah etməkdən getmir, o, bütün tarixçəni izah etməli olacaq”, - vəkil deyir.
Belçikanın Panzerinin arvadı və qızını dindirməsi də gözlənilir, onlar da "Katargate"də iştirak edirlər, lakin AFP-nin mənbəsinə görə, əgər məhkəmə Avropa Parlamentinin keçmiş deputatının ifadəsini yetərli hesab edərsə, buna ehtiyac olmaya bilər.
Xatırladaq ki, ötən həftə Belçika prokurorluğu Panzerinin Avropa Parlamentində korrupsiya qalmaqalı ilə bağlı əsas şübhəlilərdən biri kimi daha yüngül cəza müqabilində bu iş haqqında məlumatı açıqlamağa razılaşdığını açıqlayıb.
Xatırladaq ki, korrupsiya qalmaqalı Avropa Parlamentinin indiki və keçmiş məmurlarının rüşvətxorluğu ilə bağlıdır. İstintaq çərçivəsində, digərləri ilə yanaşı, Qətərin xeyrinə qeyri-qanuni lobbiçilikdə ittiham olunan keçmiş vitse-prezident Yeva Kayli də nəzarətə götürülüb.
İstintaqla əlaqədar Avropa Parlamenti Qətər vətəndaşlarına Aİ ilə vizasız rejim verilməsi ilə bağlı səsverməni dayandırıb, həmçinin korrupsiyada şübhəli bilinən Kaylini tutduğu vəzifədən kənarlaşdırıb.
Nizami Bağırov
Şərhlər