Xəbər lenti

Katolik kilsəsi müsəlmanlara satıldı
Dünya11:24 23.10.2013

Katolik kilsəsi müsəlmanlara satıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Katolik kilsəsinin satılmasına səbəb, kilsəyə gələnlərin sayının kəskin azalması olub


İngiltərədə katolik kilsəsinin binası müsəlman icmasına satılıb. Məlumatı İngiltərənin The Times qəzeti yazıb. Katolik kilsəsinin satılmasına səbəb, kilsəyə gələnlərin sayının kəskin azalması olub. Söhbət Stok-on-Trend vilayətinin Staffordşir qarflığında yerləşən Kobricdəki müqəddəs Pyotr kilsəsindən gedir.

Tikili, Mədinə məscidində fəaliyyət göstərən müsəlman icmasına satılıb. İcma üzvləri bu vaxta qədər katolik kilsəsinin yerləşdiyi küçədəki iki binada fəaliyyət göstərirmişlər.

Müsəlmanların tikilini hansı məqsədlə istifadə edəcəkləri barədə rəsmi məlumat yoxdur. Lakin katolik kilsəsinin məscid şəklinə gətirilməsi ehtimalı böyükdür.

Katolik kilsəsinin satışından qazanılan 80 min funt arxiepariya fonduna veriləcək. Katolik kilsəsi 2012-ci ildə gələn ziyarətçi sayının 150 nəfərdən 40 nəfərə düşməsi səbəbindən bağlanıb. Nəticədə 1930-cu illərdə inşa edilmiş kilsə satışa çıxarılıb. Bir neçə komersiya şirkəti və digər dinlərin icmaları tikilini almaq istəsələr də, vəkillər kotolik kilsəsinin müsəlman icmasına satılmasına qərar veriblər.


Qaynar.info