Kanadanın London şəhərində rahiblik etmiş Deyvid Norton 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sabiq rahib 1990-cı illərdə adı açıqlanmayan şəxsə qarşı cinsi zorakılıq törədib. O həmçinin qız nəvəsini görməkdən ömürlük məhrum edilib.
Torontonun məşhur Katolik tədris mərkəzlərindən olan "Bishop Allen Academy"nin sabiq ingilis dili müəllimi Qerri Makqilli də eyni ittihamla 33 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Katolik kilsəsi son aylarda ortaya çıxan cinsi zorakılıq faktları ilə gündəmdədir. Cinayətlərin böyük hissəsinin azyaşlılara qarşı törədilməsi və hadisənin on illərlə gizlədilməsi qalmaqalların daha da böyüməsi ilə nəticələnir.
Gülşən