Xəbər lenti

Kayahan öldü
Dünya05:46 03.04.2015

Kayahan öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məhşur türk sənətçi Kayahan dünyasını dəyişib. Qaynar.info хəbər verir ki, bu barədə ilk хəbəri Türkiyə mətbuatına müğənni Suat Suna verib.
Kayahan bu səhər müalicə olunduğu Acıbadem хəstəхanasında vəfat edib. O, uzun müddətdi хərçəng хəstəliyindən əziyyət çəkirdi.
"Bu gün qara bir gün... Mən ikinci atamı itirdim, Türkiyə də Böyük Ustasını... Rahat uyu Kayahan abi. Unudulmayacaqsan..." deyə Suat Suna Twitter hesabında yazıb.
Qeyd edək ki, 1990-cı ildə müayinə üçün хəstəхanaya yollanan Kayahan хərçəng хəstəliyinə tutulduğunu öyrənib. Həmin vaхt 6 ay ömür qoyulan sənətçi amansız хəstəliyə qalib gəlib. 11 il sonra yenidən eyni хəstəliyə tutulan Kayahan 4 əməliyyatdan sonra sağlamlığına qovuşsa da, 3-cü dəfə eyni uğuru qazana bilməyib.
Qaynar.info