Xəbər lenti

Kayseri terroruna görə 7 nəfər saxlanıldı
Dünya16:12 17.12.2016

Kayseri terroruna görə 7 nəfər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kayseri şəhərində baş verən terror aktı ilə əlaqədar 7 nəfər saxlanılıb.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.
“Ölənlərdən 8-nin şəxsiyyəti artıq müəyyənləşdirilib. Yaralıların sayı 56-ya çatıb. Onlardan 12-nin vəziyyəti ağırdır. 4 nəfər isə komadadır. Olayla bağlı aparılan axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində 7 nəfər saxlanılıb. 5 nəfərin axtarışları isə davam edir”, - nazir bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Kayseridə baş verən terror aktında ölənlərin sayı 14-ə çatıb.
Qaynarinfo.Az