Ermənistanın ikinci prezidenti Robert Köçəryan ibtidai istintaq təcridxanasından azad olunduqdan sonra müalicəsini davam etdirməyi planlaşdırdığını deyib.
Qaynarinfo xəbər verir ki, onun dediyinə görə, müalicəsi bir həftə çəkəcək. Sonra, sabiq dövlət başçısı Ermənistandakı daxili siyasi vəziyyəti qiymətləndirmək istəyir.
Xatırladaq ki, o, bu yaxınlarda 4,15 milyon dollar girov müqabilində azad edilib. Köçəryan 2008-ci ilin martında baş vermiş dövlət çevrilişində ittiham olunur.
Alpər